Siyasət Əsgərov: Yaratdığımız imkanlardan istifadə edə bilmədik
İlk oyun həmişə çətin olur. Futbolçularda həyəcan var idi. Məqsədimiz qələbə qazanmaq idi. Yaratdığımız imkanlardan istifadə edə bilmədik. Rəqib də bizim bir səhvimizdan maksimum istifadə edib qol vurdu.

Qadın futbolçulardan ibarət milli komandamızın baş məqçisi Siyasət Əsgərov Millətlər Liqası çərçivəsində keçirilən Azərbaycan – Kipr qarşılaşmasından sonra oyunu şərh edərkən deyib.

36 yaşlı mütəxəssis oyundan razı qalmadığını bildirib: “Növbəti oyunu səfərdə Monteneqro yığmasına qarşı keçirəcəyik. Bu görüşü analiz edib buraxdığımız səhvləri aradan qaldırmağa çalışacağıq. Psixoloji cəhətdən də yaxşı hazırlaşmalıyıq. Monteneqro tam fərqli bir komandadır, keyfiyyətli oyunçuları var. Məqsədimiz səfərdən xalla qayıtmaqdır”.

Qeyd edək ki, “Dalğa Arena”da Kipr yığması ilə qarşılaşma heç-heçə yekunlaşıb – 1:1. Millimizin qolunu 46-cı dəqiqədə Sevinc Cəfərzadə vurub. Komandamız növbəti oyununu sebtyabrın 26-da səfərdə Montenqro yığmasına qarşı keçirəcək.

Xəbər 94 dəfə oxundu.