Bakıda keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə 10 cüdoçu tatamiyə çıxacaq
Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan Böyük Dəbilqə turniri davam ed
Turnirin ikinci günündə 10 cüdoçumuz tatamiyə çıxacaq.

Qadınlar arasında (-70 kiloqram) çəki dərəcəsində iki cüdoçumuz, kişilər arasında isə (-73 kiloqram) və (-81 kiloqram) çəki dərəcələrində səkkiz cüdoçumuz güclərini sınayacaq.

Qadınlar

-70 kiloqram

Südabə Ağayeva - Darya Xramiykina (Fərdi neytral idmançılar)

Günel Həsənli - Eliza Vroblevska (Polşa)

Kişilər

-73 kiloqram

Hidayət Heydərov - Askar Narkulov (Qazaxıstan)

Nurlan Osmanov - Dioqo Sezar (Qvineya-Bisau)

Rəşid Məmmədəliyev - Aksus Benyamin (Fransa)

Telman Vəliyev - Fey Niya (Qambiya)

-81 kiloqram

Zelim Tçkayev - Aleks Barto (Slovakiya)

Məhərrəm İmamverdiyev - Aybol Nissanali (Qazaxıstan)

Elcan Şəfiyev - Şamil Borçaşvili (Avstriya)

Məmmədrza Hacızadə - Mariya Cose Mendiola İzquyeta (İspaniya).

Xəbər 122 dəfə oxundu.