UEFA Millətlər Liqası: Azərbaycan-Kipr oyunu keçiriləcək
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk dəfə təşkil olunan UEFA Millətlər Liqası çərçivəsində bu gün ilk oyununu keçirəcək.

Milli komanda ilk maçında Kipr yığması ilə qarşılaşacaq. Azərbaycan – Kipr qarşılaşmasını Moldovadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Elena Gobjilaya Natalia Ceban, Ana Ciobotaru yardım edəcək. Dördüncü hakim funksiyasını isə Oxana Cruc yerinə yetirəcək.

Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək oyun saat 17:00-da start götürəcək.

Xəbər 85 dəfə oxundu.