FIFA: Azərbaycanın reytinq cədvəlindəki mövqeyi dəyişməyib
FIFA sentyabr ayı üçün milli komandaların reytinq cədvəlini açıqlayıb.

Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Milli komanda 1147 xalla 121-ci pillədə qərarlaşıb.

Reytinq cədvəlində bir pillə geriləyən Türkiyə yığması 42-ci yerdədir. Qardaş ölkənin hesabında 1475 xal var.

İlk “10-luq”a 1851 xalla DÇ-2022-nin qalibi Argentina yığması başçılıq edir. Fransa (1840) ikinci, Braziliya (1837) isə üçüncü sırada qərarlaşıb.

FIFA reytinq cədvəli, ilk “10-luq”:

1. Argentina – 1851 xal

2. Fransa – 1840

3. Braziliya – 1837

4. İngiltərə - 1794

5. Belçika – 1792

6. Xorvatiya – 1747

7. Niderland – 1743

8. Portuqaliya – 1728

9. İtaliya – 1727

10. İspaniya – 1710

Xəbər 76 dəfə oxundu.