Azərbaycanın oğlanlardan ibarət millisi beynəlxalq turnirdə iştirak edəcək
Voleybol üzrə oğlanlardan ibarət U-18 yığma komandası Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

Federasiyadan verilən məlumata görə, dekabrın 5-dən 9-dək Gürcüstanda təşkil olunacaq yarışda millimiz ilə yanaşı, Gürcüstan, Ukrayna, Estoniya, Polşa, Litva və Latviya voleybolçuları da iştirak edəcəklər.

Turnir, eyni zamanda, “AVRO-2024”ə təsnifat xarakteri daşıyır.

Yarışın reqlamentinə əsasən birinci olan komanda Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edəcək.

Xəbər 74 dəfə oxundu.