"Araz-Naxçıvan" zədəli futbolçuların son durumunu açıqlayıb
Növbəti turda “Səbail”lə qarşılaşacaq "Araz-Naxçıvan" zədəli futbolçularının son durumuna aydınlıq gətirib.

Klubdan verilən məlumata görə, “Neftçi” ilə matçın gedişində zədələnən və buna görə də son iki məşqdə iştirak etməyən Vadim Abdullayev artıq komandaya dönüb.

Komandanın həkimi Anar Nəsibov U-21-in düşərgəsində zədələnən və buna görə də adı "Neftçi" ilə matçın protokoluna daxil edilməyən Abdulla Rzayevin isə bugündən fərdi məşqlərə başlayacağını bildirib.

Əvəzedicilərin oyununda zədələnən əsas komandanın üçüncü qapıçısı Vüsal Şabanov isə bir müddət müalicə olunacaq.

Qeyd edək ki, sentyabrın 24-də Bayıl qəsəbəsində yerləşən ASCO Arenada keçiriləcək “Səbail” – “Araz-Naxçıvan” oyunu saat 19:30-da başlayacaq.

Xəbər 76 dəfə oxundu.