Gimnast Aysel Mustafazadə: Naxçıvanda yarışmaq çox gözəl hissdir
Ötən gün məşqimiz oldu. Hazırlıqlarımız olduqca yaxşı keçdi. Burada yarışmaq çox gözəl hissdir.

Bu sözləri açıqlamasında Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turnirində çıxış edən Bakı Gimnastika Məktəbinin üzvü Aysel Mustafazadə deyib.

Yarışda gürzlərlə çıxış edən səkkiz yaşlı gimnast beş ildir bu idman növü ilə məşğul olduğunu bildirib: “Üç yaşımdan gimnastika ilə məşğul oluram. Naxçıvana ilk dəfədir gəlirəm. Burada gimnastlar üçün çox yaxşı şərait var".

Xəbər 113 dəfə oxundu.