Dünya çempionatı: Azərbaycanın Yunan-roma güləşçiləri mübarizəyə başlayır | |
Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatı davam edir. Azərbaycanın Yunan-roma güləşçiləri mübarizəyə bu gün başlayır. İlk olaraq 4 güləşimiz çıxış edəcək: Eldəniz Əzizli (55 kiloqram) 1/8 finalda yaponiyalı Tayq Onuşi ilə üz-üzə gələcək. Sənan Süleymanov (77 kiloqram) filandiyalı Conni Sarkkinenlə qarşılaşacaq. Rafiq Hüseynov (82 kiloqram) 1/8 finala çıxacaq. Beka Kandelaki (130 kiloqram) isə 1/16 finalda gürcüstanlı Yakobi Kajaya ilə şansını sınayacaq. Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-dək davam edəcək. |
|
Xəbər 100 dəfə oxundu. |
|
|