Azərbaycan voleybol yığması Şərqi Avropa Zonal Assosiasiyasının çempionatında iştirak edəcək
Latviyanın Daugavpils şəhərində 18 yaşadək voleybolçu qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı keçiriləcək.

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, çempionatda 6 ölkənin milli komandası mübarizə aparacaq.

Azərbaycan voleybolçuları Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa kollektivləri ilə üz-üzə gələcək.

“AVRO-2024”ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Qeyd edək ki, yarış 21-25 noyabr tarixlərində baş tutacaq.

Xəbər 113 dəfə oxundu.