Maksim Medvedev: İnanıram ki, belə həvəslə daha irəli gedə biləcəyik
Əsas işimizi artıq görmüşük. Sabah qrupda oynayacağıq. Daha əvvəl qrupdan çıxmağa yaxın olmuşuq. Bu il yaxşı imkanımız var və bundan istifadə edə bilərik.

Bu sözləri "Qarabağ"ın futbolçusu Maksim Medvedev UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda Bakıda Norveçin "Molde" klubuna qarşı keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.

34 yaşlı müdafiəçi meydanda əllərindən gələni edəcəklərini bildirib: “Komandada hamı oynamaq istəyir. Heyətimiz daha da genişlənib. İnanıram ki, belə həvəslə bu il daha irəli gedə biləcəyik”.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyunu saat 20:45-də başlayacaq.

Xəbər 78 dəfə oxundu.