AVRO-2025: Basketbol üzrə Azərbaycan millisinin rəqibləri müəyyənləşib
Qadın basketbolçular arasında 2025-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində keçirilmiş mərasimdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

Yığmamız Belçika, Litva və Polşa kollektivləri ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatına Çexiya, Almaniya, Yunanıstan və İtaliya ev sahibliyi edəcək. Seçmə mərhələnin oyunlarına noyabrın əvvəlində start veriləcək.


Xəbər 112 dəfə oxundu.