Avropa Superfinalı: Çimərlik futbolu üzrə Azərbaycan millisi ilk oyunda qələbə qazanıb
Çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyanın Alghero şəhərində təşkil olunan Avropa Superfinalında ilk oyununu keçirib.

Yığmamız Türkiyə kollektivi ilə qarşılaşıb. Matçın əsas vaxtı 5:5 hesabı ilə başa çatıb.

Penaltilər seriyasında daha dəqiq oynayan Azərbaycan millisi (3:1) yekunda qələbə qazanıb.

Qeyd edək ki, yığmamız turnirdə növbəti matçını sentyabrın 20-də Rumıniya komandasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 12:15-də başlayacaq.

Xəbər 70 dəfə oxundu.