Azərbaycanı ölkə xaricində təmsil edəcək voleybolçular bəlli olub
2023/2024-cü illər mövsümündə Azərbaycanı ölkə xaricində təmsil edəcək voleybolçular bəlli olub.

Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Marqarita Stepanenko Macarıstanın “Svitelski-Bekesçaba” komandasında çıxış edəcək.

Kristina Besman Rusiyanın “Yenisey Krasnoyarsk”, Anastasiya Mertsalova “Severstal Çerepovets” klubunun şərəfini qoruyacaq.

Nikalina Başnakova isə İtaliyanın “Pallavolo Vallekamonikan” kollektivinin formasını geyinəcək.

Xəbər 118 dəfə oxundu.