Azərbaycan Cüdo Federasiyasının rəsmi maskotu bəlli olub
Azərbaycan Cüdo Federasiyası rəsmi maskotunu təqdim edib.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, LEDO adlı maskot özündə zərifliyi, ildırım sürətini, misilsiz gücü və ağılı ehtiva edir.

Maskot ilk dəfə sentyabrın 22-dən 24-dək Milli Gimnastika Arenasında keçiriləcək Böyük Dəbilqə turnirində nümayiş olunacaq.

Xəbər 82 dəfə oxundu.