Güləşçimiz Paris Olimpiadasına lisenziya qazanıb
Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlib.

97 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda gürcüstanlı Givi Matçaraşviliyə 6:1 hesabı ilə qalib gəlib.

Finala adlayan M. Maqomedov həm də "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Xəbər 131 dəfə oxundu.