“Qarabağ”- “Molde” matçı üçün satılmış biletlərin sayı açıqlanıb
UEFA Avropa Liqasının qrup mərhələsində sentyabrın 21-də Bakıda “Qarabağ” və Norveçin “Molde” komandası arasında keçiriləcək oyun üçün indiyədək satılmış biletlərin sayı məlum olub.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma üçün satışa çıxarılmış biletlərin 12 500 ədədi artıq satılıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

Qeyd edək ki, “Qarabağ” – “Molde” oyunu saat 20:45-də start götürəcək.

Xəbər 105 dəfə oxundu.