Dünya çempionatı: Bir güləşçimiz yarımfinala yüksəlib, ikisi 1/4 finalda uduzub
Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

97 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda almaniyalı Erik Tileyə tam üstünlüklə qalib gəlib. Onun finaldakı rəqibi Givi Maçaraşvili olacaq.

65 kiloqram çəkidə mübarizə aparan Hacı Əliyev və 59 kiloqramda yer alan qadın güləşçimiz Alyona Kolesnik isə 1/4 finalda məğlub olublar. Rəqiblər finala yüksəlsələr, təmsilçilərimiz təsəlliverici görüşlərə qatılmaq hüququ qazanacaqlar.

Qeyd edək ki, bu gün həmçinin Azərbaycanın sərbəst güləşçilərindən Osman Nurmaqomedov (92 kiloqram) fina

Xəbər 114 dəfə oxundu.