Azərbaycan klubları çimərlik voleybolu üzrə Avropa Kubokunda iştirak edəcəklər
İlk dəfə çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında Avropa Kuboku keçiriləcək.

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, turnirdə yerli komandalarımız da iştirak edəcəklər. Ölkəmiz yarışda həm qadın, həm də kişi klubu ilə təmsil olunacaq.

Avropa Voleybol Konfederasiyasının təşkilatçılığı ilə baş tutacaq yarışın əsas məqsədi yerli federasiyalarla əməkdaşlığın genişləndirilməsi, həmçinin klub səviyyəsində çimərlik voleybolu üzrə yarışların sayının artırılmasıdır.

Qeyd edək ki, klublar arasında Avropa Kuboku 5-8 oktyabr tarixlərində Türkiyənin Balıkesir şəhərində keçiriləcək. Yarışın mükafat fondu 10 000 avrodur.

Xəbər 112 dəfə oxundu.