Parataekvondoçularımız Qran-Pri və dünya çempionatında mübarizə aparacaqlar
Sentyabrın 19-da Meksikanın Verakrus ştatında parataekvondo üzrə Qran-Priyə start veriləcək.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda milli komandamız da mübarizə aparacaq.

Baş məşqçi Fərid Tağızadə turnirdə Sabir Zeynalov (58 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram) və Əbülfəz Abuzərliyə (80 kiloqram) şans verəcək. Hər 3 idmançı K-44 kateqoriyasında qüvvəsini sınayacaq.

Eyni heyət ardınca həmin məkanda dünya çempionatına da qatılacaq.

Qeyd edək ki, mundial sentyabrın 21-dən 24-dək təşkil olunacaq.

Xəbər 131 dəfə oxundu.