AFFA nümayəndəsi kimi fəaliyyətini başa vuran Ramiz Mustafayevlə görüş keçirilib
Peşəkar Futbol Liqasında (PFL) AFFA nümayəndəsi, bu il 70 illik yubileyini qeyd etmiş Ramiz Mustafayevlə görüş keçirilib.

Mərasimdə AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL prezidenti Elxan Səmədov, icraçı- direktor Zaur Hacı-Məhərrəmov və digər rəsmi şəxslər iştirak ediblər.

AFFA nümayəndəsi kimi fəaliyyətini yekunlaşdıran Ramiz Mustafayeva xidmətlərinə görə təşəkkür edilib və hədiyyələr təqdim olunub.

Xəbər 105 dəfə oxundu.