Emil Əliyev: Dadaş Dadaşbəyli Azərbaycan ağırlıqqaldıranlarının flaqmanıdır
Dadaş Dadaşbəyli Azərbaycan ağırlıqqaldıranlarının flaqmanıdır.

Bu sözləri ağırlıqqaldırma üzrə Azərbaycan millisinin baş məşqçisi Emil Əliyev Səudiyyə Ərəbistanındakı dünya çempionatında üç bürünc medal qazanaraq tarixi nəticəyə imza atan Dadaş Dadaşbəyli (109 kiloqram) barədə danışarkən deyib.

46 yaşlı mütəxəssis idmançımızın yarışda güclü rəqiblər mübarizə apardığını bildirib: “Onlar Olimpiya və dünya çempionu olan idmançılar idi. Təbii ki, bu cür ağırlıqqaldıranlarla mübarizə aparmaq çox çətindir. Lakin sevindirici haldır ki, öz sözümüzü dedik”.

O, D. Dadaşbəylinin yaxşı nəticə əldə etdiyini vurğulayıb: “Hər bir idmançı yarışa medal qazanmaq üçün gedir. Ümid edirik ki, o, gələcəkdə də bizim inamımızı doğruldacaq”.

Qeyd edək ki, Dadaş Dadaşbəyli 403 kiloqram (180+223) nəticə ilə həm birdən, həm təkanla qaldırmada, həm də iki hərəkətin cəmində bürünc medala sahib çıxıb. Sonuncu dəfə ağırlıqqaldırma üzrə dünya çempionatında Azərbaycana medalı 2015-ci ildə Boyanka Kostova, ondan əvvəl 2011-ci ildə Valentin Xristov qazandırmışdı. Daha əvvəlki uğur isə 18 il əvvəl - 2005-ci ildə Nizami Paşayev tərəfindən əldə olunub.

Xəbər 93 dəfə oxundu.