Gədəbəydə yeni cüdo zalı istifadəyə verilib
Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi ilə Gədəbəy İdman Klubunun yeni cüdo zalı fəaliyyətə başlayıb.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, Gədəbəy rayon mərkəzi parkının yaxınlığında yerləşən zalda yeniyetmə və gənclərin cüdo ilə məşğul olması üçün bütün şərait yaradılıb.

Yeni müasir avadanlıqlarla təchiz edilən cüdo zalının ümumi sahəsi 170 kvadratmetr təşkil edir. Məşq zalı ACF tərəfindən Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub.

Xəbər 101 dəfə oxundu.