Azərbaycan Premyer Liqasında VI turun hakim təyinatları açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

Turun mərkəzi qarşılaşması olan "Qarabağ" - "Sabah" görüşü Tural Qurbanova həvalə olunub.

Açılış matçında üz-üzə gələcək “Zirə” və “Sumqayıt” komandalarının qarşılaşmasını isə Kamranbəy Rəhimov idarə edəcək.

15 sentyabr (cümə)

17:00. “Zirə” – “Sumqayıt”

Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Eyyub İbrahimov, Vüqar Həsənli.

Hakim-inspektor: Barış Şimşək.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Zirə İdman Kompleksinin stadionu

16 sentyabr (şənbə)

16:00. “Kəpəz” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Şirmamed Mamedov, Rövşən Rəcəbov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Gəncə şəhər stadionu

18:00. “Araz-Naxçıvan” – “Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Kamran Bayramov, Əli Əliyev.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

“Dalğa Arena”

17 sentyabr (bazar)

16:30. “Turan Tovuz” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Asiman Əzizli, Emin Əliyev.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Yavər Rəhimov.

Tovuz şəhər stadionu

19:30. “Qarabağ” – “Sabah”

Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rəşad Əhmədov.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.

Tofiq Bəhramov adına Respublika Stadionu.

Xəbər 94 dəfə oxundu.