AFFA rəsmisi “Qalatasaray” – “Kopenhagen” oyununa təyinat alıb
AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan təyinat alıb.

O, UEFA Gənclər Liqasının qrup mərhələsində Türkiyədə “Qalatasaray” və Danimarkanın "Kopenhagen" komandası arasında keçiriləcək oyunun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma sentyabrın 20-də İstanbulda baş tutacaq.

Xəbər 92 dəfə oxundu.