PSJ-nin futbolçusu Qətərin klubuna keçib
PSJ-nin futbolçusu Marko Veratti karyerasını "Əl-Ərəbi"də davam etdirəcək.

Bu barədə Qətər futbol klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, otuz yaşlı italiyalı yarımmüdafiəçi 45 milyon avroya alınıb.

Qeyd edək ki, Verratti 2012-ci ilin iyulundan PSJ-də oynayıb, doqquz dəfə Fransa çempionu və altı dəfə ölkə kubokunun qalibi olub. İtaliya millisinin tərkibində o, 2021-ci ildə Avropa çempionu olub.

Xəbər 102 dəfə oxundu.