Nəriman Abbasovun Bakıda keçiriləcək “Rizin” turnirindəki rəqibi bəlli olub
Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Nəriman Abbasovun Bakıda “Rizin” çərçivəsində keçiriləcək “Landmark 7” turnirindəki rəqibi bəlli olub.

Bununla bağlı 29 yaşlı idmançının şəxsi məşqçisi Şəhriyar Abbasov sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, N.Abbasov rusiyalı döyüşçü Ali Abdulxalikovla qarşılaşacaq.

Döyüş noyabrın 4-də Milli Gimnastika Arenasında keçiriləcək.

Xəbər 105 dəfə oxundu.