“Sabah” klubu “İnter”in sabiq hücumçusunu transfer edib
“Sabah” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan verilən məlumata görə, Əlcəzair millisinin hücumçusu İshak Belfodillə anlaşma əldə olunub.

31 yaşlı forvardla yaxın vaxtlarda rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, İshak Belfodil karyerası ərzində Fransanın “Lion”, İtaliyanın “Bolonya”, “Parma”, “İnter” və “Livorno”, Birləşmiş Ərəb Əmirliklərinin “Bani Yas”, Belçikanın “Standard”, Almaniyanın “Verder”, “Hoffenhaym” və “Herta” klublarında çıxış edib. O, son olaraq Qətərin “Əl-Qarafa” komandasının formasını geyinib.

Xəbər 92 dəfə oxundu.