Azərbaycan millisinin Avropa Superfinalı üçün heyəti açıqlanıb
Sentyabrın 19-dan 25-dək İtaliyanın Alghero şəhərində təşkil olunacaq Avropa Superfinalında iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan milli komandasının heyəti müəyyənləşib.

Baş məşqçi Zeynal Zeynalov 12 oyunçuya dəvət göndərib.

B qrupunda İsveçrə, Türkiyə və Rumıniya komandaları ilə qarşılaşacaq millimizin oyunlarının təqvimini və heyətə cəlb olunan futbolçuların siyahısını təqdim edirik.

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov.

Oyunçular: Amid Nəzərov, Elşad Manafov, Orxan Məmmədov, Sabir Allahquliyev, Comərd Baxşəliyev, Hüseyn Axundov, Ramil Əliyev, Kamran Qürbətov, İsa Zeynallı, Tural Qurbətov.

19 sentyabr

12:15. Azərbaycan – Türkiyə

20 sentyabr

12:15. Azərbaycan – Rumıniya

21 sentyabr

16:00. İsveçrə – Azərbaycan

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Xəbər 88 dəfə oxundu.