Azərbaycan-Kipr oyununun hakimləri bəlli olub
Qadınlardan ibarət Azərbaycan milli komandasının ilk dəfə təşkil olunan UEFA Millətlər Liqasında Kipr yığmasına qarşı keçirəcəyi oyun üçün hakim təyinatları açıqlanıb.

Sentyabrın 22-də “Dalğa Arena”da oynanılacaq matçı Moldovadan olan hakimlər briqadası idarə edəcək.

Referi Yelena Qobjilaya yan xətt hakimləri Nataliya Çeban və Ana Çibotaru kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Oksana Kruk yerinə yetirəcək.

Xəbər 100 dəfə oxundu.