Azərbaycanlı idmançı Slovakiyada keçirilmiş qaydasız döyüş üzrə yarışda qalib gəlib
Slovakiyanın Povajska-Bistritsa şəhərində keçirilmiş “Real Fight Arena” (RFA 12 Free Prelims) turnirində MMA üzrə peşəkar azərbaycanlı idmançı Yüksəl İbrahimov növbəti uğura imza atıb.

Həmyerlimiz Qırğızıstandan olan rəqibini birinci raundda texniki nokautla məğlub edib. O, qalib elan olunan zaman Azərbaycan bayrağını dalğalandırıb.

Qeyd edək ki, bu, idmançımızın RFA-da ardıcıl ikinci qələbəsidir. Yüksəl İbrahimov peşəkar K-1 və MMA döyüşçüsüdür. 2019-cu ildən etibarən Slovakiyada qaydasız döyüş, boks və kikboksinq üzrə dərs deyir. Eyni zamanda K-1 və MMA üzrə yarışlarda iştirak edir.

Xəbər 107 dəfə oxundu.