Millimiz bu gün İordaniya yığması ilə yoldaşlıq oyunu keçirəcək
Bu gün futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirəcək.

Canni De Byazinin baş məşqçi olduğu kollektiv İordaniya yığması ilə qarşılaşacaq. “Dalğa Arena”da oynanılacaq görüş saat 20:00-da başlayacaq. Matçı türkiyəli FIFA referisi Arda Kardeşler idarə edəcək.

Daha əvvəl iki dəfə Asiya təmsilçisi ilə üz-üzə gələn millimiz bu oyunların heç birində uduzmayıb - bir heç-heçə, bir qələbə.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 9-da AVRO-2024-ün seçmə mərhələsində Bakıda Belçika yığmasına 0:1 hesabı ilə məğlub olub.

Yoldaşlıq oyunu

12 sentyabr

20:00. Azərbaycan – İordaniya

Baş hakim: Arda Kardeşler (Türkiyə)

Bakı, “Dalğa Arena”

Xəbər 98 dəfə oxundu.