Poqbanın dopinq testi müsbət çıxıb
Fransanın “Yuventus” klubunun futbolçusu Pol Poqbanın İtaliya çempionatının ilk turunda “Udineze” ilə oyundan sonra testosteron testi müsbət çıxıb.

Bu barədə ANSA agentliyi məlumat yayıb.

Avqustun 20-də “Udineze” ilə keçirilən görüş “Yuventus”un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beynəlxalq Antidopinq Agentliyinin məcəlləsinə əsasən, Poqbanı 4 illik qadağa gözləyir.

Poqbanın 30 yaşı var, o, 2018-ci il dünya çempionu və 2016-cı il Avropa çempionatının gümüş mükafatçısıdır. Futbolçu karyerası ərzində İngiltərənin "Mançester Yunayted" klubunda da çıxış edib. Avropa Liqasının qalibi (2017), 4 qat İtaliya çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.

Bu mövsüm Poqba İtaliya çempionatının iki oyununda iştirak edib. “Yuventus” üç turdan sonra 7 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xəbər 92 dəfə oxundu.