“AVRO 2024”: Portuqaliya 9 qolla qalib gəlib, Xorvatiya Ermənistanı səfərdə məğlub edib
“AVRO 2024”-ün seçmə mərhələsində 6-cı turun növbəti oyunları keçirilib.

Tur çərçivəsində daha beş görüş baş tutub.

D qrupunda Xorvatiya yığması səfərdə Ermənistanı minimal hesabla məğlub edib.

J qrupunda isə itkisiz irəliləyən Portuqaliya yığması Lüksemburqu sınağa çəkib. Meydan sahibləri bu görüşdə 9 cavabsız qola seviniblər.

6-cı tur

11 sentyabr

D qrupu

Ermənistan – Xorvatiya 0:1

Latviya – Uels 0:2

Xal: Xorvatiya – 10, Türkiyə – 10, Ermənistan – 7, Uels – 7, Latviya – 0.

J qrupu

İslandiya – Bosniya və Herseqovina 1:0

Portuqaliya – Lüksemburq 9:0

Slovakiya – Lixtenşteyn 3:0

Xal: Portuqaliya – 18, Slovakiya – 13, Lüksemburq – 10, Bosniya və Herseqovina – 6, İslandiya – 6, Lixtenşteyn – 0.

Xəbər 96 dəfə oxundu.