Azərbaycanın tanınmış cüdoçuları Gəncədə ustad dərsi keçəcəklər
Azərbaycan Cüdo Federasiyası (ACF) sentyabrın 18-də Gəncədə təcrübəli mütəxəssislərin iştirakı ilə ustad dərsi təşkil edəcək.

ACF-nin mətbuat xidmətindən verilən məlumata görə, master-klas cüdo ilə yaxından tanış olmaq, həvəskarların bu idmanı ən yaxşılardan öyrənmək və bacarıqlarını artırmaq məqsədi daşıyır.

Ustad dərsi Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçıları Rüstəm Orucov və Orxan Səfərovun iştirakı ilə baş tutacaq.

Tədbir zamanı cüdonun fəlsəfəsi, fundamental texnikalar, fəndlərin yerinə yetirilməsi də daxil olmaqla müxtəlif mövzular əhatə olunacaq.

Cüdo təlim mərkəzində keçiriləcək tədbir saat 10:00-da başlayacaq.

Xəbər 84 dəfə oxundu.