Futzal üzrə Azərbaycan çempionatlarında transfer pəncərəsinin vaxtı uzadılıb
Futzal üzrə Azərbaycan Yüksək və Birinci Liqalarında yay transfer pəncərəsinin vaxtı uzadılıb.

iştirakçı komandalar heyətinə qatdığı yeni oyunçuları əvvəlcədən nəzərdə tutulduğu kimi, sentyabrın 19-na qədər deyil, ayın 30-u saat 23:59-dək qeydiyyatdan keçirə bilərlər.

Yüksək Liqanın startı sentyabrın 26-na, Birinci Liqanın başlama tarixi isə oktyabrın 1-nə nəzərdə tutulub.

Xəbər 77 dəfə oxundu.