“Sabah” Basketbol Klubu Serbiyada növbəti yoxlama oyununu keçirib | |
FIBA Avropa Kubokunun təsnifat mərhələsinə Serbiyada hazırlaşan "Sabah" Basketbol Klubu növbəti yoxlama oyununu keçirib. Azərbaycan çempionu Serbiyanın yüksək liqasında çıxış edən "Radniçki" komandası ilə qarşılaşıb. Görüş Bakı təmsilçisinin 81:82 hesablı məğlubiyyəti ilə başa çatıb. Qeyd edək ki, “Sabah” klubu təlim-məşq toplanışındakı ilk sınaq matçında Serbiyanın digər təmsilçisi “Vrsac”a 57:62 hesabı ilə uduzub. |
|
Xəbər 112 dəfə oxundu. |
|
|