Futzal üzrə Azərbaycan millisinin iki oyun üçün heyəti açıqlanıb
Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsində sentyabrın 15-də səfərdə Rumıniya, 5 gün sonra isə Bakıda Niderland yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.

Yığmanın baş məşqçisi Vitali Borisov 14 futzalçıya dəvət göndərib.

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau” Qazaxıstan);

Oyunçular: Xətai Bağırov, Amadeu, İsa Atayev, Felipinyo, Xəzər Ağalızadə, Novruz Kazıxanov (hamısı “Araz-Naxçıvan”), Hadi Ahmadi (“Aktobe”, Qazaxıstan), Amir Şocaei (“Neftçi” İK), Everton Kardoso “Qallo” (“Manzanares”, İspaniya), Rafael Vilela, Eduardo Borges (hər ikisi RSCA, Belçika), Oktay Rüstəmli (“Baku Fire”).

Xəbər 74 dəfə oxundu.