AVRO-2024: Bu gün seçmə mərhələdə beş oyun keçiriləcək
Bu gün AVRO-2024-ün seçmə mərhələsində VI turun növbəti oyunları keçiriləcək.

D və J qruplarında ümumilikdə beş qarşılaşma oynanılacaq.

D qrupunda Xorvatiya millisi səfərdə Ermənistanın, Uels yığması isə Latviyanın qonağı olacaq.

J qrupunda İslandiya Bosniya və Herseqovinanı, Portuqaliya Lüksemburqu, Slovakiya isə Lixtenşteyni sınağa çəkəcək.

Xəbər 79 dəfə oxundu.