Taleh Nəsibov: Düşünürəm ki, gələn mövsüm daha yaxşı nəticələr əldə edə bilərik
Çempionatımızda 17 komanda mübarizə apardı və iki komanda Çempionlar Liqasına yollandı. “Birbaşa” və “Zirə” qitənin ən yaxşı turnirində mübarizə apardılar.

Bu sözləri “Zirə” klubunun prezidenti Taleh Nəsibov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Klubun prezidenti bildirib ki, “Zəngəzur” da Bolqarıstana yollanacaq: “Milli komanda Avropa çempionatına yollandıqdan sonra tapşırıq verilib ki, bu idman növü inkişaf etdirilsin. Çempionlar Liqası keçirilən müddətdə müəyyən hadisələr oldu. Bəzi səbəblərdən ilk 2 matçda uduzduq, həm də təcrübəsiz idik. Düşünürəm ki, gələn mövsüm daha yaxşı nəticələr əldə edə bilərik. Rumıniyanın AEK komandasını “Zirə” məğlub etdi, amma digər təmsilçimiz onlara uduzdu. Onlar ölkə çempionatının qalibidirlər”.

Onun sözlərinə görə, növbəti mövsüm Çempionlar Liqası Bakıda keçirilə bilər: “Avropa Minifutbol Federasiyasının rəhbərliyi ilə danışıqlar aparmışıq. Onlar dedilər ki, bunu müzakirə edib qərar verəcəyik. Onlara bildirdik ki, bizdə şərait var, çempionatı qəbul edə bilərik”.

Qeyd edək ki, Minifutbol üzrə Çempionlar Liqasında “Zirə” 3-cü yeri tutub.

Xəbər 77 dəfə oxundu.