“Zirə” komandasının kapitanı: Şansımızdan istifadə edib Vətənə bürünc medalla döndük
Bizim üçün ilk matçlar uğursuz başlasa da, şanslarımız var idi. Biz də bu şanslardan istifadə edərək, bürünc medal qazana bildik.

Bu sözləri jurnalistlərə açıqlamasında minifutbol üzrə “Zirə” komandasının kapitanı Seymur Məmmədov Heydər Əliyev Beynəlxalq Hava Limanında futbolçuların qarşılama mərasimində deyib.

Kapitan komanda olaraq bütün oyunlara hazır olduqlarını vurğulayıb: “Bakıda yüksək səviyyədə təlim-məşq toplanışlarında iştirak etmişdik. Bu səbəbdən də özümüzə inanırdıq. Şükürlər olsun ki, nəticə əldə edərək, Vətənə geri döndük”.

Xəbər 73 dəfə oxundu.