Minifutbol üzrə Çempionlar Liqasında iştirak edən “Zirə” komandası Vətənə qayıdıb
Minifutbol üzrə Rumıniyada keçirilən Çempionlar Liqasında uğurlu çıxış edərək, bürünc medala layiq görülən “Zirə” klubu Vətənə qayıdıb.

Komanda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təntənəli şəkildə qarşılanıb.

Qarşılama mərasimində idman ictimaiyyəti, futbolçuların yaxınları, ailə üzvləri və media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edən “Zirə” tarix yazıb. Komanda EMF Çempionlar Liqasının 3-cü yer uğrunda görüşündə ötən ilin çempionu olan Rumıniya AEK-i ilə qarşılaşıb. 5:1 hesabı ilə qalib gələn “Zirə” bürünc medal qazanıb.

Xəbər 75 dəfə oxundu.