AVRO-2024: Azərbaycan – Belçika oyununda ilk hissə başa çatıb
AVRO-2024-ün seçmə mərhələsində Bakıda Azərbaycan və Belçika yığmaları arasında keçirilən oyunda ilk hissə başa çatıb.

“Dalğa Arena”da oynanılan qarşılaşmada qonaqlar fasiləyə minimal hesablı üstünlüklə yollanıblar.

Serbiyalı FIFA referisi Nenad Minakoviçin idarə etdiyi matçda hələlik yeganə qolu 38-ci dəqiqədə Yannik Karrasko vurub.

Qeyd edək ki, bu, komandaların öz aralarında sayca 5-ci duelidir.

Xəbər 81 dəfə oxundu.