“Qəbələ” klubu Bakıdakı hazırlığını başa vurub
Premyer Liqanın V turunun “Zirə” ilə oyunundan (1:0) sonra qısa istirahətə buraxılan “Qəbələ” hazırlıq prosesinin Bakı mərhələsini başa vurub.

Klubdan a verilən məlumata görə, “qırmızı-qaralar” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədəki hazırlığını Qəbələdə davam etdirəcək.

Elmar Baxşıyevin baş məşqçi olduğu kollektiv Qəbələ şəhər stadionunda “Araz-Naxçıvan”la yoxlama oyunu keçirəcək. Görüş saat 17:00-da başlayacaq.

Qarşılaşmadan sonra məşqlərini öz arenasında gerçəkləşdirəcək “Qəbələ” VI turun “Turan Tovuz”la səfər matçına Qəbələdən yollanacaq.

Qeyd edək ki, sentyabrın 17-də Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Qəbələ” oyunu saat 16:30-da başlayacaq.

Xəbər 75 dəfə oxundu.