Neymar əfsanəvi futbolçu Pelenin rekordunu yeniləyib
Braziliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasının hücumçusu Neymar yığmadakı qol sayına görə əfsanəvi futbolçu Pelenin rekordunu yeniləyib.

31 yaşlı forvard buna DÇ-2026-nın seçmə mərhələsinin Boliviya ilə oyununda (5:1) dubl etməklə nail olub.

Braziliya seçməsinin heyətində meydana çıxdığı 125-ci matçda qollarının sayını 79-a çatdıran Neymar bu göstərici ilə Peleni (77 qol) geridə qoyub.

O, əfsanəvi futbolçunun rekordunu yeniləməsi ilə bağlı bunları deyib: “Bunu edə biləcəyimi ağlıma da gətirmirdim. Pele və ya digər milli üzvlərindən daha yaxşı olduğumu hesab etmirəm”.

Qeyd edək ki, Pele 2022-ci il dekabrın 29-da vəfat edib.

Xəbər 77 dəfə oxundu.