Millimizin qapıçısı Türkiyə klubu ilə müqavilə bağlayıb
“Qarabağ”dan ayrılan Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Demirspor” klubuna keçib.

29 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, təcrübəli qolkiper Azərbaycanda “Şahdağ” və “Sumqayıt” komandalarının da formasını geyinib.

Xəbər 117 dəfə oxundu.