“Qarabağ” komandası Şahruddin Məhəmmədəliyevlə vidalaşıb
“Qarabağ” komandası qapıçı Şahruddin Məhəmmədəliyevlə yollarını ayırıb.

Bununla bağlı klubun rəsmi feysbuk səhifəsində videoçarx paylaşılıb. Videonun üzərində “Təşəkkürlər, Şah” yazılıb.

Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyədə davam etdirəcək. 29 yaşlı qolkiper Superliqada çıxış edən “Adana Demirspor”la anlaşıb.

Xəbər 70 dəfə oxundu.