Naxçıvanda Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək
Naxçıvan şəhərində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turniri keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, bu, bölgədə təşkil olunacaq ilk beynəlxalq yarışdır.

Naxçıvan Olimpiya İdman Kompleksinin ev sahibliyi edəcəyi turnirdə kiçikyaşlı, yeniyetmə və gənc gimnastlar mübarizə aparacaqlar.

Qeyd edək ki, yarış 21-22 sentyabr tarixlərində keçiriləcək.

Xəbər 112 dəfə oxundu.