Çimərlik güləşi üzrə Azərbaycan millisi Dünya Seriyasında iştirak edəcək
Çimərlik güləşi üzrə Azərbaycan milli komandasının üzvləri Dünya Seriyasının dördüncü mərhələsində iştirak edəcəklər.

Yarışda ölkəmizi Ramiz Həsənov (70 kiloqram), İbrahim Yusubov (90 kiloqram) və Oyan Nəzəriani (+90 kiloqram) təmsil edəcəklər.

Qeyd edək ki, yarış bu gün Rumıniyanın Konstansa şəhərində start götürəcək.

Xəbər 109 dəfə oxundu.