“Kəpəz” daha bir futbolçunu transfer edib
“Kəpəz” futbol klubu növbəti transferini reallaşdırıb.

Klubdan verilən məlumata görə, Gəncə təmsilçisi qanalı yarımmüdafiəçi Ezekiel Morqanı heyətinə cəlb edib.

İyirmi bir yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. Onun sonuncu klubu vətənində "Tudu Mayti Gets" olub.

Qeyd edək ki, Morqan klub tərəfindən mövsümün sonuna kimi I Liqa təmsilçisi "İmişli"yə icarəyə verilib.

Xəbər 94 dəfə oxundu.