Millimizin qapıçısı “Qarabağ”ı Türkiyə klubuna dəyişir
Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyədə davam etdirəcək.

29 yaşlı qolkiper Superliqada çıxış edən “Adana Demirspor” klubu ilə anlaşıb.

Təcrübəli oyunçu tezliklə Adana təmsilçisi ilə 2+1 illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Azərbaycanda “Şahdağ” və “Sumqayıt” komandalarının da formasını geyinib.

Xəbər 86 dəfə oxundu.